SON XƏBƏRLƏR

Kəşfiyyat-diversiya qrupunun saxlanılan üzvünün kimliyi müəyyənləşib

2023.08.16, 15:45
Kəşfiyyat-diversiya qrupunun saxlanılan üzvünün kimliyi  müəyyənləşib

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Gunaz.tv

Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində saxlanılan üzvünün 1983-cü il təvəllüdlü Voskanyan Qaqik Aşotoviç olduğu ehtimal edilir.

Saxlanılan zaman onun üzərində bir ədəd RPK pulemyotu, döyüş sursatı və hərbi təchizat aşkar edilib.

İlkin ifadələrində Q.Oskanyan 44 günlük Vətən müharibəsində iştirakını etiraf edib.
Qeyd edək ki, yüngül yaralanmış erməni diversanta hərbi həkimlərimiz  ilkin tibbi yardım göstərilib.

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar