GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Ekoloq- Urmu gölünün rənginin dəyişməsi göölün quruması ilə bağlıdır
Azad edilmiş ərazilərdə 37583 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib
Türkiyəli nazir Zəngəzur dəhlizinin işə düşəcəyi tarixi açıqlayıb
İranda şagirdlərə qarşı zorakılıq faktları gizli saxlanılır
NATO-nun ən güclü 10 ordusu arasında Türkiyənin yeri açıqlandı
Məhbus fəalın həyat yoldaşı təhlükəszlik idarəsinə çağırılıb
İranda 15 bəhai qadına ağır həbs cəzası verildi
Tehran “Hizbullah”ı qabaqcıl hava hücumundan müdafiə ilə təmin edib - İsrail mediası
Təbriz və Urmu həbsxanalarında 6 nəfər edam edilib
Şəhriyar şəhərində 261 nəfər həbs edilib
Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Əli Xamenei kitab sərgisində özünü rüsvay etdi
Amerika və İran Omanda danışıqlar aparıb
Məlikanda məhkumun şallaq cəzasının icra edilib
Urmu həbsxanasında etiraz aksiyası keçirilib
Belarus Qarabağda 420 ailəlik yaşayış məntəqəsi tikəcək
İsrail ordusu Qəzzanın Cəbəliyə bölgəsində şiddətli döyüşlərin getdiyini açıqlayıb
Milli Məclis Lüksemburq Deputatlar Palatasının qətnaməsini sülh prosesinə maneə cəhdi kimi dəyərləndirib
Təbrizdə ekoloji problem- Zərərli tibbi tullantılar yeraltı su qaynaqlarını çirkləndirib
Putin: Rusiya hazırda Xarkovu ələ keçirməyi planlaşdırmır
Prezident İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər
"Traxtur" komandası seçmə kubokundan kənarda qaldı
Rəsmi Bakı: Fransa üzr istəməsə, bu, münasibətlərdə daha mənfi təsirlərə gətirib çıxaracaq
Evin həbsxanasında saxlanılan siyasi məhbusların həyatı təhlükədədir
Deputat: Ermənistanın 4 mindən çox itkinimizi məcburi əməyə cəlb etməsinə dair çoxsaylı məlumatlar vardı
XİN: Azərbaycanın İrandakı səfirliyinin yeni məkanı artıq müəyyən edilib
Təbrizdə məhbus fəallara dəstək posterləri yayılıb - Azərbaycan üçün birləşək!
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
Kəraçidə İrana bağlı terrorçular həbs edilib
Təbrizin mərkəzində avtomat silahlardan atəş açılıb
İranla Ermənistan arasındakı ticarət dövriyyəsi artıb
Şərqi Azərbaycan mədən ehtiyatlarına görə birinci yerdədir
Prezident: Azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin iştirakına şad olardıq
Tikantəpədə tarixi abidənin bərpasına vəsait ayrılmır
ABŞ Qırmızı dənizdə Husilərin texnikasını ələ keçirib
“Hicab ümumi tələb deyil” - məclis deputatı
Nobel mükafatı laureatları İranı cavabdehliyə çağırdılar
İran rejiminin Şimali Koreya ilə əməkdaşlığa can atmasının səbəbi nədir?
Azərbaycan XİN Fransa daxili işlər nazirinə cavab verib
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub
"İstədiyimiz vaxt İranı vura bilərik"- İsrail həbçisi
İran sünnilərinin lideri Türkiyəyə getdi
Neftayırma zavodunun işçiləri aksiya keçirir
"Azərbaycanın Bütövlüyü Uğrunda" İctimai Birliyi, "Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması" layihəsinin icrasına start verib. Layihə çərçivəsində bir sıra tədbirlərin, görüşlərin keçirilməsi, yazıların nəşr olunması nəzərdə tutulub.
Avqustun 16-da Qaradağ rayonunda Heydər Əliyev Mərkəzində "Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması" layihəsi çərçivəsində "Cığır" tarixi romanının ictimai müzakirəsi keçirilib.
Azərbaycan himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayan tədbirdə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev vətənpərvərliklə bağlı fikirlərini bölüşüb. Bildirib ki, Heydər Əliyev Mərkəzində "Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması" mövzusunda tədbirin keçirilməsi təsadüfi deyil.
Çünki bu Mərkəzdə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq mütəmadi tədbirlər keçirilir. Həmin tədbirlər vasitəsilə Ulu Öndərin Azərbaycan xalqı, Azərbaycan tarixi qarşısında xidmətləri gənclərimizə çatdırılır: "Növbəti seminarımız da "Heydər Əliyev və Azərbaycan gənclərinin milli vətənpərvərlik tərbiyəsi" mövzusudur.
Düşündük ki, milli vətənpərvərliyin təbliğində böyük xidmətləri olan, bu istiqamətdə çoxsaylı tarixi romanların müəllifi olan yazıçı-publisist Yunus Oğuzu dəvət edək. Xüsusən, yenicə çapdan çıxan "Cığır" romanı haqqında gənclərimizə məlumat verilsin". Yunus Oğuzun əsərlərinin dünya azərbaycanlıları arasında vətənpərvərliyin təbliğində mühüm rol oynadığını qeyd edən Q.Əliyev bildirib ki, bu təbliğat onun tərəfindən həm şəxsi fəaliyyəti, həm də əsərləri ilə aparılır: "Azərbaycan tarixinin şanlı səhifəsinə çevrilən 44 günlük Vətən müharibəsi vətənpərvərliyin əsl nümunəsidir. Bunun bədii əsərlərdə əks olunması isə xüsusi əhəmiyyət daşıyır".
Tədbir iştirakçılarına bildirilib ki, layihə çərçivəsində yazıçı- publisist Yunus Oğuzun "Cığır" tarixi romanı işıq üzü görüb. Romanda Şuşanın yaradılmasından tutmuş 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu və Ali Baş Komandanın qələbəsindən bəhs edilir. Əsərdə yazıçı Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqının mərd, mübariz, döyüşkən ruhunu ortaya qoyub və Ali Baş Komandan İlham Əliyev və onun Müzəffər Ordusunun uğurlu əməliyyatı nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini diqqətə çatdırıb.
Həmçinin qeyd edilib ki, "Azərbaycanın Bütövlüyü Uğrunda" İctimai Birliyi həyata keçirdiyi layihələrdə vətənpərvərlik mövzusuna xüsusi önəm verib. Layihə çərçivəsində çapdan çıxan "Cığır" kitabı da eyni amala xidmət edir. Ümumilikdə isə "Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması" layihəsi çərçivəsində vətənpərvərliklə bağlı on yazı dərc olunacaq, gənclərə təmənnasız olaraq "Cığır" kitabı paylanacaq.
Vətənpərvərlikdə dövlət şüurunun önə çıxmasının vacib şərt olduğunu qeyd edən yazıçı-publisist Yunus Oğuzun sözlərinə görə, dərsliklərdə tariximiz yenidən yazılmalıdır. Xüsusən, ən yeni tariximiz gənclərə məcburi qaydada öyrədilməlidir. Azərbaycan gənclərinin vətənpərvərlik ruhunun yüksəlməsində Heydər Əliyevin fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edən Y.Oğuzun bildirdiyinə görə, "Azərbaycanın Bütövlüyü Uğrunda" İctimai Birlik Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə yaranıb: "Azərbaycanın Bütövlüyü Uğrunda" İctimai Birliyin hədəfi təkcə Qarabağı işğaldan azad etmək deyil, həm də Güneydə baş verən prosesləri nəzarətdə saxlamaq idi. Hələ 1997- ci ildə Heydər Əliyev demişdi ki, "Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir".
Bu dahi şəxsiyyət başdan ayağa dövlət idi, dövlətçi idi. O, qaçqın və məcburi köçkünlərlə görüşdə demişdi ki, "mən əminəm ki, Şuşaya qayıdacağıq". Onda fəhm var idi ki, biz Qarabağa qayıdacağıq. Mən "Cığır" romanını Şuşada yazdım. Vaqif poeziya gününün açılışı zamanı Şuşada olanda "Mən Şuşada yazıram" adlı bir məqalə yazmışdım. Cənab prezidentlə görüşəndə də dedim ki, "mən Şuşada yazıram".
Əvvəl sakitcə baxdı, söz demir, amma baxışlarından hiss edirəm deyir ki, "əlbətdə Şuşada yazmalısan, bunu mən almışam sizin üçün". Təbii ki, Ali Baş Komandan olmasa idi işğal altında olan torpaqlarımızı azad etmək mümkün olmayacaqdı". Y. Oğuz qeyd edib ki, cəmiyyət bütövlükdə müharibənin ruhunu verə biləcək bir roman gözləyirdi ki, bu da "Cığır" romanıdır: "Bu roman həm də hamının arxa cəbhədə yaşadığı bir həyat dövrüdür. Romanda uydurulmuş heç kim yoxdur.
Bütün qəhrəmanlar öz adı ilə verilib. Hətta cənab Ali Baş Komandanın bədii obrazı romanda əksini tapıb. Ümumilikdə "Cığır" bizim qalib ruhumuzdur, vətənpərvərliyin təbliğidir. 44 günlük müharibə bir daha göstərdi ki, xalq özü qəhrəmandır, çünki xalqla ordu birləşərək vahid orduya çevrildi". Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşı Səbinə Şirinzadə və YAP Qaradağ rayonu Davam Tarix klubunun sədri Sudavə Dursunəliyeva çıxış edib.
Sonra yazıçı-publisist Yunus Oğuz gənclərin vətənpərvərliklə bağlı suallarını cavablandırıb və "Cığır" romanını iştirakçılara hədiyyə edib.
Timur
Ekoloq- Urmu gölünün rənginin dəyişməsi göölün quruması ilə bağlıdır
NATO-nun ən güclü 10 ordusu arasında Türkiyənin yeri açıqlandı
Məhbus fəalın həyat yoldaşı təhlükəszlik idarəsinə çağırılıb
Tehran “Hizbullah”ı qabaqcıl hava hücumundan müdafiə ilə təmin edib - İsrail mediası
Əli Xamenei kitab sərgisində özünü rüsvay etdi
İsrail ordusu Qəzzanın Cəbəliyə bölgəsində şiddətli döyüşlərin getdiyini açıqlayıb
Milli Məclis Lüksemburq Deputatlar Palatasının qətnaməsini sülh prosesinə maneə cəhdi kimi dəyərləndirib
Təbrizdə ekoloji problem- Zərərli tibbi tullantılar yeraltı su qaynaqlarını çirkləndirib
Evin həbsxanasında saxlanılan siyasi məhbusların həyatı təhlükədədir
XİN: Azərbaycanın İrandakı səfirliyinin yeni məkanı artıq müəyyən edilib
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
ABŞ Qırmızı dənizdə Husilərin texnikasını ələ keçirib
İran rejiminin Şimali Koreya ilə əməkdaşlığa can atmasının səbəbi nədir?
"İstədiyimiz vaxt İranı vura bilərik"- İsrail həbçisi
Neftayırma zavodunun işçiləri aksiya keçirir
"Qüds" qüvvələrinin komandiri Avropa ölkələrini təhdid etdi
Tehranda Azərbaycan türkcəsində olan kitablar sərgidən yığışdırılıb
Ərdəbil prokuroru sahibkarları təhdid etdi - Cəzalandırılacaqlar
2 terrorçu qruplaşmanın lideri Tehranda görüşdü
İranda Azərbaycana qarşı təbıiğat genişlənib
Azərbaycannın Kirmana daşınan illik sərvətinin məbləği açıqlandı- 1 milyard 200 milyon dollar
Türkmən etniklərin tərkibini dəyişmə siyasəti davam etdirilir
“PKK İraqın Türkmən Cəbhəsinə bir hədədir” cəbhənin sədri
Urmu gölünün durumunu əks etdirən son peyk fotosu yayıldı
ABŞ Ukrayna üçün 2 milyard dollar dəyərində silah müqaviləsi elan edib
Suya görə İranla Əfqanıstanın gərginliyi artır
Yevgeni Nikiforov: Rusiya sülhməramlıları qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə yerinə yetiriblər
Qərbi Azərbaycanda yer adları dəyişdirilir
Tanınmış rejissor məhbus sənətçinin əsərləri yaydı
İranda öldürülən qadınlar barədə statistikası açıqlandı
Ucanda tarixi qala məhv olmaq üzrədir
2 terrorçu qruplaşmanın lideri Tehranda görüşdü
Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar
Çinin şərqində 2 gəmi İran neftini limanda boşaldırlar
ABŞ Hindistanla İran arasındakı razılaşmadan narahatdır
İranda Azərbaycana qarşı təbıiğat genişlənib
Sünni lider bəluç müğənninin öldürülməsini qınayıb
Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir