SON XƏBƏRLƏR

Ermənilər Kəlbəcər istiqamətindəki mövqelərimizi atəşə tutub

2023.08.17, 10:10
Ermənilər Kəlbəcər istiqamətindəki mövqelərimizi atəşə tutub

Avqustun 16-sı saat 23:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Gunaz.tv

"Bölmələrimiz qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda bildirilir. 

Qeyd edək ki, dünən saat 18:20-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar