SON XƏBƏRLƏR

Baş prokuror azad olunmuş ərazilərdə hərbçilərlə görüşüb

2023.08.17, 12:06
Baş prokuror azad olunmuş ərazilərdə hərbçilərlə görüşüb

Azərbaycanın Baş prokuroru Kamran Əliyev azad olunmuş ərazilərdə dislokasiya olunan bir neçə hərbi hissəni ziyarət edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Gunaz.tv

Hərbi hissələrdə yaradılan şəraitlə tanışlıqdan sonra şəxsi heyətlə görüş keçirilib.
Hərbi qulluqçularla görüşlər zamanı döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdırılması, kollektivdə münasibətlərin qanunvericilikdə nəzərdə tutulan tələblər və nizamnamələr çərçivəsində qurulması,

həmçinin şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, nizam-intizamın, hüquq qaydalarının möhkəmləndirilməsi barədə söhbətlər aparılıb.
Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar