“Cümhuriyyəti-İslami” qəzeti yeni iddia ilə Azərbaycanı yenidən hədəfə alıb
Belçika parlamenti Rza Pəhləvinin rəsmi dəvətini ləğv edib: O, bütün müxalifəti təmsil etmir
Rusiya və Ukrayna arasında atəşkəs razılaşması əldə olunub
Dünya bazarında neftin qiyməti son 5 ayın ən yüksək həddinə çatıb
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
Ərdoğanın milli qırıcı KAAN təsvirli qalstuku diqqət çəkib
Traktor İran hakimiyyətinin ayrı-seçkiliyi ilə üz-üzə; Dubaya uçuş üçün 30 milyard tümən tələb edilir
Salmasda sel bir uşağın həyatına son qoydu
Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub
Sistan və Bəlucistanda polis polkovniki öldürülüb
İranlı nazir azərbaycanlı qızları ölkəsinə dəvət etdi
Pakistan-İran sərhəddində silahı qarşıdurma olub
Ceyhun Bayramov: Hindistan XİN rəhbəri ilə fikir müxtəlifliklərini açıq şəkildə müzakirə etdik, nəticələrini görəcəyik
"Traktor" daha üç xal qazandı
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Müharibədən sonra işsiz vətəndaşların sayı artıb-Millət vəkili
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Tramp aralıq seçkilərindən sonra İrana yeni zərbələr endirməyi nəzərdən keçirir – The Atlantic
JP: İsrail husilərə hücum üçün ABŞ vasitəsilə Ər-Riyada məlumat ötürür
Tehran yeraltı obyektlərdə raket və dron istehsalını bərpa edib
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İsrail iranəsilli pilotla bağlı uçuşlara ölkəyə giriş qadağası qoyub
HSBC: Hörmüz boğazının strateji əhəmiyyəti 5 ilə azala bilər
Əli Xameneinin vəsiyyətnaməsi də meyiti kimi 7-8 saat bombardmanda yanıb!
İranda müharibə olarsa, internet kəsiləcək
İraq İranı ölkəyə narkatik keçirməkdə ittiham edir
Urmu gölünün xilası naminə Qoşaçayda çuğundur festivalına icazə verilməyəcək
Tehranda Ziya Göyalpın anadan olmasının 150 illiyi qeyd olunub
İranda daha səkkiz məhbus edam edildi
Ərdəbildə yanğın- 22 işçi zəhərləndi
Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir
ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvinə dair protokolun imzalanması baş tutmayıb.GünAzTv:
Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvinə dair protokolun imzalanması baş tutmayıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Əhməd Davudoğlunun dünən Ankarada keçirilən görüşünün yekunlarına həsr olunmuş brifinqdə bildirilib.Məmmədyarovun bu səfərinin viza rejiminin ləğvinə dair protokolun imzalanması ilə bağlı olduğu barədə xəbərlər yayılmışdı. Diplomatik mənbələrin məlumatına görə, viza rejimi ləğv olarsa, məsələn, Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşı bu ölkədə vizasız 3 ay qala biləcək. Hazırda isə müddət 1 aydır.Elmar Məmmədyarov protokolun imzalanmasının nəzərdə tutulduğunu, lakin bəzi bürokratik problemlər ucbatından bunun hələlik mümkün olmadığını deyir: "Bu məsələ ilə bağlı Türkiyə tərəfindən hər şey hazırdır. Lakin Azərbaycanın bəzi prosedurları keçməsi lazımdır. Bu prosedurlar başa çatandan sonra viza rejiminin ləğvinə dair protokol imzalanacaq"."Mediaforum"un əldə etdiyi bilgiyə görə, viza protokolunun məzmunu ilə bağlı heç bir problem yoxdur və bütün detallar razılaşdırılıb. Sona yalnız Azərbaycan XİN-in layihədə bəzi düzəlişlər etməsi qalıb.Dünən Davudoğlu Azərbaycana verilən önəmin əlaməti olaraq XİN-in yeni binasında ilk olaraq nazir Elmar Məmmədyarovu qonaq edib. Görüşdən sonrakı brifinqdə bir vaxt Ankara ilə Bakı arasında yaşanan gərginliyə toxunan Davudoğlu bildirib ki, Türkiyə ilə Azərbaycanın arasından qara pişik keçməyib və yanlış anlaşılmadan söhbət gedə bilməz: "Bir ailə içərisində necə məsləhətləşmələr olarsa, biz də elə etdik. Münasibətlərimizi heç axsatmadıq. Hər gün, bəzən gündə bir neçə dəfə telefonla əlaqə saxladıq".Davudoğlu iki ölkə arasında yanlış anlaşmaya izn verilməyəcəyini söyləyib: "Türkiyə ilə Azərbaycanın arasına fitnə girməsinə izn vermərik. Heç kim belə yanaşma içərisində olmamalıdır. Türkiyə və Azərbaycan hər zaman hər məsələni açıq şəkildə danışar, bütün məsələləri birlikdə müzakirə edər, eyni perspektivdən baxar. Fikir ayrılığımız olsa belə, onları da müzakirə etməyi, danışmağı və nəticəyə çatdırmağı bacarırıq".Elmar Məmmədyarov Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olduğunu xatırladıb və Ankaranın hər zaman Azərbaycana dəstək olduğunu söyləyib. Nazirimiz Türkiyə ilə bütün məsələlərin qardaşlıq havası içində açıq şəkildə müzakirə edildiyini vurğulamışdır.Minsk Qrupu dinamikanı artırsınDavudoğlu ikitərəfli münasibətlərin inkişafını və bölgədəki durumu, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ətraflı müzakirə etdiklərini deyib: "Qafqazda sülhün çox yaxın olduğu qənaətindəyik. Hər kəs bu imkanın əldən verilməməsi üçün çalışmalıdır. Minsk Qrupu problemin həllinə yönəlmiş dinamikanın artırılması üçün əlindən gələni etməlidir. Bizim siyasətimiz bölgədə işğalların aradan qaldırılması və bağlı qapıların açılmasına yönəlib. Azərbaycanla Türkiyə arasında bütün məsələlərə dair hərtərəfli əməkdaşlıq və koordinasiya var".
Məmmədyarov da görüşdə gündəmdə olan bütün məsələlərin və problemlərin müzakirə olunduğunu söyləyib: "İlk növbədə bölgədə ən ciddi təhlükəsizlik problemi olan Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Biz inanırıq ki, sabitlik və inkişafın qarşısında ən böyük əngəl işğal və qaçqınlar problemidir. Azərbaycan torpaqlarının 20 faizi işğal altında ola-ola hansı sülhdən və təhlükəsizlikdən danışmaq olar?". Məmmədyarov Türkiyə - Azərbaycan münasibətlərinin çox yüksək səviyyədə olduğunu qeyd edib: "Prezidentlərimiz tez-tez görüşür, danışır, gələn il hökumətlərarası komissiyanın iclası keçiriləcək".TBMM-in iradəsi hər şeydən üstündürTürkiyə-Ermənistan protokollarının taleyi ilə bağlı suala cavabında Davudoğlu Türkiyə Böyük Millət Məclisinin iradəsinin hər şeydən üstün olduğunu vurğulayıb. "Hökumətimizin bu məsələ ilə bağlı siyasəti baş nazir tərəfindən dəfələrlə izah edilib. Amerikada da bu mövzu müzakirə olundu və mövqeyimiz orada da ifadə edildi. Biz Ermənistanla münasibətlərin normallaşdırılmasını arzu edirik və bunda səmimiyik", - deyə o qeyd edib.Dünən Elmar Məmmədyarov Türkiyə prezidenti Abdulla Gülün də qəbulunda olub. Türkiyə tərəfdən görüşdə xarici işlər naziri Əhməd Davudoğlu, Türkiyə XİN Aparatının rəhbəri Firudin Hadi Siniroğlu, onun müavini Əhməd Ünal Çeviköz, Türkiyənin Azərbaycan səfiri Hülusi Kılıc, Azərbaycan tərəfdən isə Elmar Məmmədyarovla yanaşı, onun müavini Araz Əzimov, ARDNŞ-in təmsilçisi və Azərbaycanın Türkiyə səfiri Zakir Həşimov iştirak ediblər. Görüşdə tərəfləri maraqlandıran bütün məsələlərin müzakirə edildiyi bildirilir.
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda onlarla tələbə zəhərləndi
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Tehranda Azərbaycana qarşı aksiya keçirilib