SON XƏBƏRLƏR

İran və Ermənistan arasında dəmir yolu xəttinin çəkilməsi ilə bağlı tarix bəlli olub

2021.10.20, 07:36
İran və Ermənistan arasında dəmir yolu xəttinin çəkilməsi ilə bağlı tarix bəlli olub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran və Ermənistan uzun müddət müzakirə etdikləri məsələ ilə bağlı qəti qərara gəlib. İki ölkə nəqliyyat sahəsində irimiqyaslı layihəni - dəmir yolu xəttinin inşasının dəqiq vaxtını müəyyənləşdirib. Ermənistanın nəqliyyat naziri Qurqen Sarqsyan bildirib ki, artıq 2010-cu ilin aprel ayında xəttin texniki-iqtisadi əsasının həyata keçirilməsinə başlanılacaq. Onun sözlərinə görə, Asiya İnkişaf Bankı ilə layihənin həyata keçirilməsi üçün tranşın ayrılmasına dair razılıq əldə olunub. Nazir qeyd edib ki, İran tərəfi də dəmir yolu xəttinin çəkilməsinə hazırdır. Hətta İran layihənin həyata keçirilməsi üçün Ermənistana maddi yardım da təklif edib.voa

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar