SON XƏBƏRLƏR

Maliyyə problemlərinə görə fəhlələrin uşaqları təhsili buraxmalı olur

2023.09.26, 14:49
Maliyyə problemlərinə görə fəhlələrin uşaqları təhsili buraxmalı olur

“Yeni təhsil ili başlanıb, lakin bahalaşmaya görə fəhlələrin çoxu uşaqlarını məktəbə yazdıra bilmir”-deyə Fars Əyalətinin Peşə üzrə İslami Şuraları Koordinasiya Şöbəsinin sədri bildirib.

Gunaz.tv

“Fəhlələrin maliyyə durumu əsla yaxşı deyil. Məhsulların çoxunun qiyməti ildə 10 dəfədən çox artır. İnflyasiya əmsalının artması və məhsulların bahalaşması hər sahəni bürüyüb.

 

1175213_282.jpg

Qiymətlərin hər an artması fəhlə təbəqəsini kəskin problemlərə tuş gətirib. Onların maliyyə təməlləri yaxşı olmadığına görə istedadlı uşaqları təhsildən qalır. 

Atalarının gecə-gündüz işlədiyini lakin maliyyə imkanlarının yaxşılaşmadığını görən uşaqlar təhsillərini buraxıb işləməyə başlamalı olurlar. 

Dövlət bu təbəqəyə xüsusi diqqət yetirməli və dəstək olmalıdır.”-deyə Koordinasiya Şöbəsinin sədri Bəhram Zunubi Təbar açıqlayıb.

Qeyd edək ki, İran hakimiyyətinin dünya gedişinə zidd siyasətləri ölkə iqtisadiyyatını iflic vəziyyət salıb.

Cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə də fəhlə və orta təbəqəsi tükənməyən və gündən günə artan çətinliklərə tuş gəlir.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar