SON XƏBƏRLƏR

İranda hava çirkliliyindən ölənlərin sayı artdı

2023.09.30, 14:39
İranda hava çirkliliyindən ölənlərin sayı artdı

İran parlamentinin ekologiya fraksiyasının başçısı Süməyyə Rəfii hava çirkliliyinin artdığı və məsulların bununla bağlı tədbirlər görmədiyini deyib.

Gunaz.tv

O, bu barədə yerli mediaya açıqlamasında bildirib.

"Səhiyyə Nazirliyinin statistikasına görə, ölkədə hər ilhava çirklənməsinə görə 27 min ölüm baş verir, bu olduqca yüksək rəqəmdir",- Rəfii xəbərdarlıq edib.

Qeyd edək ki, müxtəlif amillərlə yanaşı ölkədə 6,5 milyon ədəd avtomobilin, 12 milyon motosikletin isə 90 faizə yaxınının köhnə olması hava çirkliliyinin təhlükəli səviyyəyə çatmasının səbəblərindən biridir.

Son illər İranın paytaxtı Tehran hava çirkliliyi səviyyəsinə görə bir neçə dəfə "dünyanın ən çirkli şəhəri" seçilib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar