SON XƏBƏRLƏR

Zahidanda tətil aksiyası keçirilir- İş yerləri bağlandı

2023.09.30, 15:13
Zahidanda tətil aksiyası keçirilir- İş yerləri bağlandı

İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində bazar, ticarət mərkəzləri və başqa iş yerləri bağlanıb.

Gunaz.tv

Bu barədə yerli fəallar məlumat və videolar yayıblar.

Tətil aksiyası, 30 sentyabr 2022-ci ildə hökumət məmurlarının etirazçılara atəş açması nəticəsində 103 nəfərin ölümünün ildönümü ilə bağlıdır.

Qeyd edək ki, 30 sentyabr 2022-ci ildə bəluclar polis komandirinin 15 yaşlı qıza təcavüz etməsinə və cəzasız qalmasına görə etiraz aksiyası keçiriblər. Hökumət məmurlarının atəşi nəticəsində 13-ü uşaq olmaqla, 103 nəfər ölüb, 300 nəfər isə yaralanıb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar