SON XƏBƏRLƏR

İranın təkliflər paketinə cavab vermək üçün ilin sonuna qədər vaxtı var

2021.10.20, 07:36
İranın təkliflər paketinə cavab vermək üçün ilin sonuna qədər vaxtı var

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Amerika Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Süzan Rays, İranın təkliflər paketinə cavab vermək üçün vaxtın azaldığını bildirib. Onun sözlərinə görə, Amerika prezidenti Barak Obamanın İrana ABŞ, İngiltərə, Rusiya, Çin, Almaniya və Fransa tərəfindən təqdim olunan təkliflərə cavab vermək üçün ilin axırına qədər vaxtı olduğunu xatırladıb və ABŞ-ın bu çərçivədə mütəmadi olaraq digər 5 ölkə ilə təmas qurduğunu qeyd edib. Süzan Rays, İranın uranın zənginləşdirilməsinə dair daha on zavod tikmə planlanının qəbul edilməz olduğunu deyib. “İranın bu istiqamətdə verdiyi bəyanatları araşdırırıq. Əgər onların həqiqətən də belə bir niyyətləri varsa bu səhv və qəbul edilməz addım olar. Bu vəziyyət İranı beynəlxalq ictimaiyyətdən daha çox təcrid edəcək”. Rays bu təqdirdə İranın üzərindəki beynəlxalq təzyiqlərin də artacağını istisna etməyib. “İran irəli sürülən təklifləri müzakirə etməyə həvəsli olmasa biz də bu ölkə üzərindəki təzyiqləri çoxaltma yoluna gedəcəyik”.ans

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar