SON XƏBƏRLƏR

Əlirza Fərşi universitetdən uzaqlaşdırıldı

2021.10.20, 07:36
Əlirza Fərşi universitetdən uzaqlaşdırıldı

Gunaz.tv

GünAzTv: Azərbaycanın milli kimliyi uğrunda uzun illər dinc mübarizə aparan, universitet ustadı, mühəndis Əlirza Fərşi Azad İslami Universitetindən uzaqlaşdırılıb.

 

İran və Güney Azərbaycanda təhsil ocaqlarının açıldığı bir vaxtda cənab Fərşinin universitetdən uzaqlaşdırılmasının əsas səbəbi, milyonlarca soydaşımız kimi “Türk dilində mədrəsə _ Olmalıdır hər kəsə” deyib və bu tələbi irəli sürən digər soydaşlarımıza qoşulmasıdır.

 

Milli-mədəni fəalın işlədiyi universitetdən uzaqlaşdırılması ilə bağlı verilən hökmdə çalışılıb ki onun özünü təqsirli çıxarsınlar. Universitet rəsmiləri onun özünün lazımlı vaxtda universitetlə əməkdaşlıq etmədiyini bildiriblər. Ancaq ikinci hökmdə məsələnin mahiyyəti tam üzə çıxıbdir.

 

Xatırladaq ki, cənab Fərşi kompüter üzrə Tehran universiteti və Şərif sənəti universitetinin məzunudur. O 4 ildən çoxdur ki, Təbriz və Şərqi Azərbaycanın digər universitetlərində və 2 ildə Culfanın Azad İslamı Universitetində tədris edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar