SON XƏBƏRLƏR

Azərbaycanlı millət vəkili Türk Dili Mədəniyyət Evinin yaradılmasını tələb edib - Beynəlxalq Aşıqlar Məclisinin açılışı mərasimində

2021.10.20, 07:36
Azərbaycanlı millət vəkili Türk Dili Mədəniyyət Evinin yaradılmasını tələb edib - Beynəlxalq Aşıqlar Məclisinin açılışı mərasimində

Gunaz.tv

GünAz TV: Təbrizin İran parlamentindəki millət vəkili Əhməd Əlirza Beygi Güney Azərbaycanda Türk Dili və Əədbiyyatı Mədəniyyət Evinin yaradılmasını tələb edib.

 

O bu barədə Təbrizin Qüds sinemasının salonunda keçirilən Beynəlxalq Aşıqlar Məclisinin açılışı mərasimində çıxış edərkən danışıb.

 

“Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evinin yaradılmasından qorxmamalıyıq. Bu, bizim mədəniyyət və keçmişimizi qoruyub saxlamaqda, onu gələcək nəsillərə ötürməkdə böyük rol oynayacaq.

Azərbaycan Ədəbiyyat, İncəsənət və Mədəniyyət Mərkəzi” bizim tələbimizin kiçik bir hissəsidir. Biz əsas tələbimiz olan Türk Dili və Əədəbiyyatı Mədəniyyət Evinin təsis edilməsini istəyirik”- deyə o bildirib.

 

Millət vəkili vurğulayıb ki, “Dövlət bu tələbin reallaşmasına önəm verməlidir. Millət vəkilləri olaraq bu məsələni təqib edəcəyik”.

 

İran prezidenti Həsən Ruhani seçkiqabağı təbliğat-təşviqat dönəmində Urmu gölünün canlandırılması və Təbrizdə türk dili və ədəbiyyatının yaradılması ilə bağlı Azərbaycan türk millətinə vəd vermişdir, aradan 5 il yarım vaxt keçməsinə baxmayaraq verilən vədlərin heç biri yerinə yetirilməyib.

 

"Mərhəmət Peyqəmbəri ilə səs-səsə" adı altında keçirilən Beynəlxalq Aşıqlar Məclisi noyabrın 24-də Təbrizdə işə başlayıb. İslam peyqəmbərinin doğum günü münasibəti ilə keçirilən tədbir 4 gün davam edəcək.

 

Şərqi Azərbaycan İncəsənət Qurumunun icraçı direktoru Məhəmməd Hüseyn Bulağinin verdiyi məlumata görə, aşıqlar məclisinə 150 ustad aşıq Şərqi Azərbaycan, 150 aşıq isə Qərbi Azərbaycan, Ərdəbil, Qəzvin, Əlborz, Tehran, Həmədan və Mərkəzi Əyalətlərindən qatılacaq. Tədbirə Azərbaycan Respublikasından 14, Gürcüstandan 5 və Türkiyədən 3 sənətkarın qatıldığı bildirilir.

 

Bağlanış mərasimi nooyabrın 27-də Təbriz vaxtı ilə saat 18-dən 22-dək keçiriləcək.

 

 

 

 

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar