SON XƏBƏRLƏR

"İranın Kanadada əməliyyatları daha agresiv xarakter və daha geniş miqyas alıb"- dövlət təhlükəsizlik xidməti

2024.05.10, 11:05
"İranın Kanadada əməliyyatları daha agresiv xarakter və daha geniş miqyas alıb"- dövlət təhlükəsizlik xidməti

Kanadanın İnformasiya və Təhlükəsizlik Təşkilatı 2023-cü il üzrə əcnəbi ölklərin Kanadada müdaxilələri barədə illik hesabatında İranın xarici əməliyatlarının ölkəyə qarşı fəaliyyətinin daha aqresivləşdiyi bildirilib.

Gunaz.tv

Mayın 9-u nəşr edilmiş hesabata əsasən: “İran, Rusiya, Çin və Hindistan Kanadada öldürmə, təşviqat, məcburetmə, qanunsuz maliyyə təmini, dağıdıcı kiber fəaliyyətlər və informasiyalara müdaxilə sahələrində ölkənin əleyhinə düşmənçilik fəaliyyətləri edirlər”.

Kanadanın İnformasiya və Təhlükəsizlik Təşkilatının (CSIS) məlumatına istinadən Kanada və ABŞ-da əcnəbi müdaxiləsi və casusluğu üzrə əsas faktorlar Çin Xalq Respubikası, Rusiya Federasiyası, İran İslam Respublikası və Hind ölkələridir. 

Hesabatın bir hissəsi ayrıca İran barədədir və deyilir: “İran Orta Şərqdə böyük gücə çevrilmək və İraqda, Suriya, Livan və daha uzaq ölkələrdə nüfuzunu artırmaq istəyir”.

Həmçinin hesabatın digər bir hissəsində İranın və təhlükəsizlik ximətlərinin əcnəbi ölkələrdə iranlı icmalarına nüfuz etmək və onlar barədə məlumat toplamaqda maraqlı olduğu yazılıb. 

İran rejimə qarşı aktivistlər, siyasi müxaliflər, insan və qadın haqları, etniklərin hüquqları üzrə aktivistlər və ölkədən qaçan siyasilər barədə informasiya toplayır. Bunlardan əsas məqsəd isə İran hakimiyyətini tənqid edənləri susdurmaqdır. 

Taymaz

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar