SON XƏBƏRLƏR

İranda parlament seçkilərinin ikinci turu keçirilir

2024.05.10, 12:49
İranda parlament seçkilərinin ikinci turu keçirilir

Bu gün səhər saatlarından İranda 22 dairə üzrə parlament seçkilərinin ikinci turu başlayıb.

Gunaz.tv

Bu barədə İran mediası məlumatı yayıb.

Bu gün keçirilən seçkilərdə 22 seçki dairəsi üzrə 90 namizəd 44 yer uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, martın 1-də İranda Din Ekspertlər Şurasına (Məclise-Xubreqan, ali rəhbəri seçən qurum) 6-cı çağırış və İslam Şurası Məclisinə (parlament) 12-ci çağırış seçkiləri keçirilib. 

Şurada 88 yer uğurunda mübarizədə 144 din xadimi iştirak etmişdi. İran parlamentində 290 yer uğrunda 15 200 namizəd mübarizə aparmışdı.

İranın rəsmi dövlət mediası seçkilərlə bağlı yaydığı məlumatlarda seçicilərin 43 faizinin səsvermədə iştirak etdiyini iddia edib.

Qeyri-hökumət və müstəqil qurumlar isə seçkilərdə iştirakın 25-30 faiz arasında olduğunu bildiriblər.

Həm mayın 1-də, həm də bu gün keçirilən seçkilərlə eyni vaxtda siyasi partiyalar, ictimai, siyasi və mədəni fəallar boykot çağırışları ediblər.

Onlar seçkilərin nümayiş olduğunu, parlamentə göndərilənlərin əvvəlcədən siyahısının hazırlandığını qeyd ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar