Berlində Tehran səfirliyi qarşısında İranda qanunsuz həbslərə etiraz olaraq aksiya keçirilib

29.01.2019, 14:12

GünAz TV: Yanvarın 28-də İranın Berlindəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

 

“Berlində yaşayan iranlı siyasi mühacirlər təşkilatı” və “İranda siyasi məhbusların müdafiə təşkilatı” tərəfindən təşkil edilmiş aksiyada etirazçılar İranda son aylar ərzində siyasi, işçi və digər fəallara qarşı həyata keçirilən repressiv siyasəti pisləyiblər.

 

Aksiyada iştirak edənlər əllərində açdıqları plakardlarda İran rejiminin repressiv siyasətlərinə qarşı şüarlar yer alıb. Etirazçılar İsmayıl Bəxşi, Sepide Qəliyan, Əli Nicati və digər bu kimi işçi fəalların dərhəl və qeyd- şərtsiz azadlığa buraxılmasını tələb ediblər.

 

Xatırladaq ki, İranda son aylar ərzində “Həft- Təpə” şəkərqamışı zavodunun, eləcə də digər bölgələrdə yerləşən müəssisələrin işçilərinin əmək haqlarının gecikməsinə görə keçirdikləri etiraz aksiyaları nəticəsində İsmayıl Bəxşi də daxil olmaqla, bir neçə işçi həbs edilib.

 

İsmayıl Bəxşi girov müqabilində zaminə buraxılandan sonra təcridxanada işgəncəyə məruz qaldığını demişdi. O, buna görə “ETTELAT” nazirini canlı televiziya debatına dəvət etmişdi. Lakin bütün bu faktlara baxmayaraq, məsələ araşdırılmaq əvəzinə, İsmayıl Bəxşi bir neçə gün öncə polisə bəhanəsi ilə yenidən həbs olunub.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Şərqi Azərbaycanda doğum sayı kəskin azalıb

2022-06-30

gun az article

"Azərbaycançılıq irançılığa, türkçülük farsçılığa qarşı mübarizə aparır"- Əhməd Obalı

2022-06-30

gun az article

Təbrizli atlet dünya çempionatına lisenziya qazanıb

2022-06-30

gun az article

Təbrizin qida sənayesi fabrikində güclü yanğın olub

2022-06-30

gun az article

"Görüş”də müzakirə: “Nüvə anlaşması Bərcam çıxılmaz vəziyyətdə” və “Terrorçu SEPAH-da nələr baş verir”-VİDEO

2022-06-30

gun az article

Quzey Azərbaycandan güneyli siyasi məhbuslara dəstək-FOTOLAR

2022-06-30

gun az article

Güneyli siyasi məhbus Rza Şəhabinin həyatı təhlükədədir

2022-06-30

gun az article

"Babək qalasında etnik mərasimlərin qarşısı alınmalıdır"-Kəleybər prokuroru

2022-06-29

gun az article

Urmu və Ocanda Babək qalasına yürüşlə bağlı çağırışlar edilib

2022-06-29

gun az article

Beynəlxalq Əfv Təşkilatı güneyli məhbusla bağlı bəyanat yaydı

2022-06-29

gun az article

"Qonşu ölkələr bizim tərəfdən dostluq mövqeyi hiss etmirlər"- Təbrizli deputatdan Xameneyinin müşavirinə cavab

2022-06-29

gun az article

Təbrizdə etiraz: Əhali Tehran yolunu bağladı

2022-06-29

gun az article

Ərdəbildə Krım-Konqo qızdırması yayılıb

2022-06-29

gun az article

Sulduzda Babək qalasına yürüşlə bağlı afişalar yayılıb-FOTO

2022-06-29

gun az article

“Özümüz” proqramında müzakirə: “Çaldıran savaşından öncə Səfəvi və Osmanlı ilişkiləri”-VİDEO

2022-06-29

gun az article

Təbrizdə su çatışmazlığı böhran həddinə çata bilər

2022-06-29

gun az article

Urmu gölünün bərpası məqsədilə imzatoplama kampaniyası başlayıb

2022-06-29

gun az article

Ərdəbildə Babək qalasına yürüşlə bağlı afışalar yayılıb

2022-06-29

gun az article

Kəleybərdə milli fəal həbs edilib

2022-06-29

gun az article

Qərbi Azərbaycanda 2 tondan çox narkotik maddə müsadirə edilib

2022-06-28