İranda daha üç etnik bəluç edam edilib

24.05.2022, 08:38

Mayın 23-də Hormozqan əyalətinin Minab şəhərinin zindanında daha üç etnik bəluç dar ağacından asılaraq edam edilib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə bəluç fəalları məlumat yayıb.

Məhəmməd Sorxru, Müsəddiq Məlahi və Abbas Kəmali adlı şəxslərin narkotik maddələrin alverində ittiham olunaraq ölüm cəzasına məhkum edildikləri bildirilir.

Qeyd edək ki, xüsusilə son iki ayda İranda edam olunan məhkumların sayı kəskin artıb və onların çoxunluğu etnik bəluçlardırlar.

Aprelin sonlarında İnsan Haqları Təşkilatı və Fransanın "Edam cəzasına qarşı birgə" Təşkilatı İranda ölüm hökmlərinin artması ilə bağlı xəbərdarlıq ediblər.

Hesabatda 2021-ci ildə ən azı 333 nəfərin edam olunduğu barədə məlumatların təsdiq olunduğu və bunun İbrahim Rəisinin hakimiyyətə gəlişindən öncəki ilə nisbətdə 25% çoxaldığı yazılıb.

Onlar İbrahim Rəisinin prezident seçilməsindən sonra 2021-ci ilin ilk yarısı ilə ikinci yarısı arasında müqayisədən edam hökmlərinin iki dəfə artdığını qeyd ediblər.

İki təşkilatın yaydığı 120 səhifəlik hesabatda İbrahim Rəisinin hakimiyyəti dövründə həyata keçirilən edam cəzalarının yalnız 55-nin (16.5%) rəsmi olaraq elan edildiyi, 278 nəfərin edam edilməsi barədə rəsmi məlumat verilmədiyi qeyd bildirilib.

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdəbildə yüzlərlə kəndə içməli su tapılmır

2022-07-05

gun az article

Zənganda etiraz aksiyası keçirilib

2022-07-05

gun az article

"Urmu gölünün qurumasına seyrçi qalmayacağıq"- Qərbi azərbaycanlı fəallardan xəbərdarlıq

2022-07-05

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxma halları artıb

2022-07-04

gun az article

Horandda tarixi əsər qaçaqmalçıları saxlanılıb

2022-07-04

gun az article

Fars şovinistləri Azərbaycan Mis Şirkətinin yaradılmasına qarşı çıxır

2022-07-04

gun az article

Mərənddə ağır yol qəzası baş verib

2022-07-04

gun az article

"9-10 yaşlı qızların ərə verilməsi problemə çevrilib"-Qəzvin Təhsil İdarəsinin rəsmisi

2022-07-04

gun az article

İrandan beyin axını davam edir: "Universitet müəllimləri ölkədən qaçır"-Millət vəkili

2022-07-04

gun az article

Təbrizdə qədim küçə adı bərpa olundu

2022-07-04

gun az article

Zənganda tibb bacıları etiraz aksiyası keçirib

2022-07-04

gun az article

Təbriz məhkəməsi "Xaqan" adına kimlik verilməsini qanunsuz adlandırıb

2022-07-03

gun az article

Tikantəpədə tarixi abidə məhv olmaq üzrədir-FOTO

2022-07-02

gun az article

Ərdəbildə Babək qurultayı ilə bağlı aksiya keçirilib

2022-07-02

gun az article

Güneydə çəkilmiş türkçə "Dilmanc" filmi Amerikanın “Klermont” film festivalına qatılıb

2022-07-02

gun az article

Milli-mədəni fəal Abdullah Səduqi həbs cəzasına məhkum edilib

2022-07-02

gun az article

Həmədanda 60 heyvan və bitki növünün nəsli kəsilmək üzrədir

2022-07-02

gun az article

Şərqi Azərbaycanda 16 nəfər dəm qazından zəhərlənərək ölüb

2022-07-02

gun az article

“Körpü” proqramında müzakirə: “Güney Azərbaycan Milli Hərəkatı və məsələlər”-VİDEO

2022-07-02

gun az article

43 il həbsə məhkum edilən ərdəbilli məhbusun durumu ağırlaşıb

2022-07-02