SON XƏBƏRLƏR

Tehranda Abdullah Gülün İran müxalifətçiləri ilə görüşünə imkan verilməyib

2021.10.20, 07:36
Tehranda Abdullah Gülün İran müxalifətçiləri ilə görüşünə imkan verilməyib

Gunaz.tv

GünAz TV: Türkiyə prezidenti Abdullah Gül İrana səfəri çərçivəsində Tehran küçələrində nümayiş keçirən müxalifətçilərlə görüşmək istəyib.

Milli.Az xəbər portalı CNN Türk-ə istinadən xəbər verir ki, bu barədə məlumatı İsrailin kəşfiyyat saytı “Debka” yayıb.

 

Məlumata görə, Abdullah Gülü görüşə iranlı müxalifətçilər dəvət ediblər. Türkiyə prezidenti isə dəvəti qəbul edib və etirazçıların qarşısına çıxmaq istəyib. Abdullah Gülün mühafizə xidməti İranın təhlükəsizlik rəsmilərindən eskort istəyib. Lakin İran prezidenti Mahmud Əhmədinejad məsələyə müdaxilə edib və Ankara ilə diplomatik böhran bahasına olsa da, Abdullah Gülün müxalifətçilərlə görüşünə imkan verməməyi tapşırıb.

 

“Debka” saytının iddiasına görə, maneələri nəzərə alan Abdullah Gül son anda müxalifətçilərlə görüşdən imtina edib. Sayt xatırladır ki, Türkiyə prezidenti Misirdə dövlət çevrilişi ilə nəticələnən etiraz aksiyalarına dərhal dəstək verən dünya liderlərindən biri olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar