SON XƏBƏRLƏR

İranda iş qəzalarnda ölənlərin sayı açıqlandı

2023.11.08, 15:53
İranda iş qəzalarnda ölənlərin sayı açıqlandı

Son 6 ay ərzində İranda iş qəzalarında ölən işçilərin sayı açıqlandı.

Gunaz.tv

Bu barədə İran Tibbi Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qeyd edilən müddət ərzində 1077 işçi iş qəzaları nəticəsində həyatını itirib.

Bu, iş qəzalarında ölənlərin sayının ötən ilin eyni dövrü ilə müqayisədə 15.7% artdığını göstərir.

Müstəqil həmkarlar ittifaqı və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini, ölüm və yaralanma hallarının verilən rəsmi statistikada göstərildiyindən bir neçə dəfə çox olduğunu bildirirlər.

Fəallar iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qorucyuu geyim, avadanlıqlarla təmin olunmamalarını ölüm hallarının çoxalmasında əsas səbəblərdən biri kimi göstərirlər. 

Timur 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar