SON XƏBƏRLƏR

İran həbsxanalarında 12 məhkum edam edildi

2023.11.09, 10:56
İran həbsxanalarında 12 məhkum edam edildi

Kirman həbsxanasında 2, Urmu həbsxanasında 1 və Kərəc şəhərinin Qızılhisar həbsxanasında isə 9 məhkum edam edilib. Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Gunaz.tv

Məlumatda edam edilənlərdən üçünün adam öldürmək, doqquzunun isə narkotik maddələrin alverində günahlandırıldıqları bildirilib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi İranda edam sayının artmasına görə yeni hesabat yayıb.

Hesabatın bir hissəsində İranda narkotik cinayətləri, "hökuməti və dini təhqir etmək" ilə bağlı ittihamlar da daxil olmaqla, edamların intensivləşməsindən narahatlıq ifadə olunub.

İran bu ilin ilk 7 ayı ərzində ən azı 419 nəfəri edam edib və bu rəqəm 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30% artım göstərir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar