SON XƏBƏRLƏR

"Mühribənin yayılması qaçılmazdır."- İranın XIN başçısı

2023.11.10, 15:17
"Mühribənin yayılması qaçılmazdır."- İranın XIN başçısı

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian HƏMAS-İsrail müharibəsinin qızışdığı səbəbindən “artıq müharibənin bölgəyə yayılmasının qaçılmaz olduğunu” deyib.

Gunaz.tv

Nazir bu sözləri dünən axşam Qətərin xarici işlər naziri Məhəmməd Bin Əbdül Rahmanla telefon danışığı zamanı deyib.

Qeyd edək ki, İran HƏMAS-ın əsas dəstəkləyicisi hesab olunur. Qətər isə bu qrupla sıx əlaqələrə malikdir.

Royter xəbər agentliyi iki nazirin telefon danşığı barədə yazarq Abdullahianın ifadələrinin Orta Şərqdə çaxnaşmanın artacağı və sabitliyin daha pozulacağı ilə nəticələnə biləcəyini deyib.

İranın BMT-də daimi elçisi Əmir Səid İrəvani digər bir xəbər agentliyi ilə müsahibəsində deyib: “İran daima vurğulayıb ki, bu müharibə cəbhəsini yaymaq niyyətində deyil.”

Lakin müsahibəsinin davamında “bu barədə digərləri öz rollarını ifa etmlidirlər” deyərək dolayısı ilə Abdullahianın ifadələrini təsdiqləyib.

İrəvaninin “digərləri” sözündən məqsədi İranın proksi qüvvələri, o cümlədən Livan Hizbullahı hesab olunur. 

“İran və hərbi quruplar fikir mübadiləsi barədə həmkarlıq edirlər. Lakin Tehran hər hansı əmliyyatın keçirilməsinə göstəriş vermir.”-deyərək İrəvani əlavə edib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar