SON XƏBƏRLƏR

İranda qız və oğlan şagirdlərin dərslikləri fərqlənəcək

2023.11.13, 12:56
İranda qız və oğlan şagirdlərin dərslikləri fərqlənəcək

İranda oğlan şagirdlərlə qız şagirdlərin dərsliklərinin məzmunu cinsiyyətlərinə görə fərqli olacaq.

Gunaz.tv

Bunu İranın təhsil naziri Rza Murad Səhrayi deyib.

“Qız şagirdlərin dərslikləri həya, mədəniyyəti əsasında hazırlanacaq”, - o bildirib.

Ölkədə 120 min məktəbin olduğunu deyən nazir islam respublikasının əsasının bu məktəblərdə möhkəmləndirilməsinin vacibliyindən danışıb.

Bu açıqlama insan haqları müdafiəçilərinin sərt reaksiyasına səbəb olub.

Onlar ölkədə dərsliklərin cinsiyyətə görə fərqləndirilməsini “orta əsrlərə sürətli qayıdış” hərəkəti adlandırıblar.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar