SON XƏBƏRLƏR

"Ruslar َUkrayna məsələsində bizi fırlatdı"- İranın keçmiş xarici işlər naziri

2023.11.14, 14:22
"Ruslar َUkrayna məsələsində bizi fırlatdı"- İranın keçmiş xarici işlər naziri

İranın keçmiş xarici işlər naziri PUA məsələsində Rusiyanın İranı fırlatdığını deyib.

Gunaz.tv

Məhəmməd Cavad Zərif İranın “Həmmihən” qəzeti ilə müsahibəsində Rusiyanın İranın PUA-larından istifadə etdiyi barədə danışıb.

“Təəssüflə, Ukrayna məsələsində Rusiya bizi fırlatdı. PUA-ları aldılar, həmçinin özləri bunu ifşa etdilər. Ona görə də bunun İrana qarşı dəhşətli nəticələri oldu.”-deyə Zərif açıqlayıb.
نمونه‌ای از پهپاد شاهد-۱۳۶ ساخت ایران که در حمله به اوکراین مورد استفاده روسیه قرار گرفته است
Xatırladaq ki, ABŞ Ukrayna müharibəsində İran tərəfindən Rusiyaya hərbi PUA-ların satılmasını dayandırmaq məqsədi ilə Tehrana təzyiq edir. 

İran Moskvaya PUA satmadığını iddia etsə də Vaşinqton bu barədə xeyli sübut faktlarının olduğunu və bir sırasını təqdim etdiyini bildirib.

Rusiya İranın Şahid kamikadze PUA-ları ilə Ukraynanın mülki infrastrukturunu vurduğu səbəbindən ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyalara məruz qalıb. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar