SON XƏBƏRLƏR

ABŞ İranın dəstəklədiyi 2 qrupa qarşı yeni tədbirlər görüb

2023.11.15, 14:03
ABŞ İranın dəstəklədiyi 2 qrupa qarşı yeni tədbirlər görüb

Amerika oktyabrın 14-ü HƏMAS-a qarşı üçüncü sanksiyalar seriyasını tətbiq edib.

Gunaz.tv

“Sanksiyalar Britaniya ilə koordinasiya olunaraq HƏMAS-ın əsas üzvlərinə, bu qrupu və həmçinin Fələstin İslami Cihad Təşkilatının dəstəkləməyə İranın müxtəlif metodlarına qarşı tətbiq olunub. ”- Amerikanın Maliyyə Nazirliyinin bəyanatında deylir

“HƏMAS-ı öz cinayətlərini həyata keçirə bilmək məqsədi ilə maliyyə yığama və istifadə imkanlarından məhrum etmək üçün ABŞ, Britania kimi ortaqları ilə əməkdaşlığı davam etdirir. HƏMAS-ın hərəkətləri çox acınacaqlı vəziyyətlərə gətirib çıxardı.
Terrorizm izolyasiya olunarsa hərəkət edə bilməz. Biz, ortaqlarımızla birgə HƏMAS-ın maliyyə təmini infrastrukturlarını, o cümlədən xarici maliyyə resurslarını dağıtmağa, həmçinin yeni maliyyə qaynaqlarını dondurmaq istiqamtində hərəkət edirik.” bunu ABŞ maliyyə naziri Canet Yellen bəyanatda bildirib.

Məlumata əsasən HƏMAS-ın yüksək üzvü və təməlini qoyanlardan biri Mahmud Xalid Əl-zahar, həmçinin Fələstin İslami Cihad Təşkilatının İranda təmsilçisi Nasir Əbuşərif və sair qrup üzvləri sanksiyalar siyahısına daxil edilib.

Livanda yerləşən Nəbil Şoman valyuta mübadiləsi cəmiyyətinə də sanksiya qoyulub. Vaşinqton ittiham edib ki, cəmiyyət HƏMAS-a məbləğ köçürmə kanalı kimi hərəkət edərək milyonlar dolar qurupa transfer edib. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar