SON XƏBƏRLƏR

"HƏMAS-ın kökünü qazmaq üçün İranla ciddi davranılmalı."- keçmiş MN

2023.11.17, 13:09
"HƏMAS-ın kökünü qazmaq üçün İranla ciddi davranılmalı."- keçmiş MN

ABŞ-ın keçmiş müdafiə naziri Mark Esper İsrailə bildirib ki, "HƏMAS-ın kökünü qazmaq üçün İranla ciddi davranılmalıdır."

Gunaz.tv

“HƏMAS-ın qəti məğlubiyyəti və məhv olması üçün onun hərbi gücünün bərpasının qarşısı alınmalıdır. Bunun üçün İranla birdəfəlik ciddi davranılmalı, bu ölkə tərəfindən silah verilməsi, vəsait təmini və sair dəstəkləmələri dayandırılmalıdır.” Esper CBS kanalı ilə müsahibəsində deyib.

Donlad Trampın prezidentliyi vaxtında müdafiə naziri olmuş Esper İsraillə HƏMAS arasında bir ençə günlük atəşkəs barədə mövqe bildirib.

“Bu müharibədə bir neçə günlük atəşkəs HƏMAS-ın xeyrinədir. Belə ki, bu hərbi qrupa özünü yenidən toplayıb silahlanmağa və İsraillə müharibəni davam etdirə bilməsinə vaxt qazandırar.”-deyə Esper vurğulayıb.

Xatırladaq ki, ABŞ İranı HƏMAS-a büdcə, silah təmini və hərbi təlimlər etməkdə ittiham edir.

Ağ Ev bildirib ki, İranla HƏMAS-ın diqqətə layiq əməkdaşlıqları ərzində Tehran bu qrupa 300 milyon dollar maliyyə yardımı edib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar