SON XƏBƏRLƏR

Türkmən məhbusun edam hökmü icra olunub

2023.11.17, 13:43
Türkmən məhbusun edam hökmü icra olunub

Qətldə ittiham olunan Mehdi Bəxşəndə bu gün səhər noyabrın 17-i edam olunub.

Gunaz.tv

İnsan haqları üzrə Türkmənsəhra bölgəsinin fəalları Bəxşəndənin edam hökmünün Günbəd Kavus şəhəri həbsxanasında icra olunduğunu bildiriblər.

Məlumata əsasən Kərənd sərhəd şəhəri sakini Mehdi Bəxşəndə 3 il öncə ənənəvi bir çayxanada sərhəd kapitanı Nəbiulla Xətirinin bir kişini döyüb söyməsini görüb. 

Bəxşəndə həmin kişini müdafiə etmək üçün müdaxilə edib. Məmurlarla qarşıdruma sərhəd kaptanının təsadüfən ölməsi ilə nəticələnib.

Qarşıdurmada həmçinin 2 sıravı əsgər də yaralanıb.  Bildirilib ki, o, mühakimə prosesnində vəkil hüququ ilə təmin olunmayıb. 

Qeyd edək ki, Türkmənsəhra bölgəsi Türkmənistan Respublikası ilə sərhəddə yerləşir.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar