SON XƏBƏRLƏR

Suriyada SEPAH-a bağlı qüvvələrə hava zərbələri endirilib

2023.11.17, 14:53
Suriyada SEPAH-a bağlı qüvvələrə hava zərbələri endirilib

Suriyanın paytaxtı Dəməşq yaxınlığında SEPAH və Livan Hizbullahına bağlı silahlı qruplaşmaların bazalarına raket zərbələri endirilib.

Gunaz.tv

Bu barədə "Əl-Ərəbiyyə" xəbər agentliyi məlumat yayıb.

Raket zərbələrinin İsrail-Suriya sərhəddində yerləşən Golan yüksəkliklərindən endirildiyi və silahlı qruplaşmaların silah-sursat anbarlarının dağıdıldığı bildirilib.

Suriya mənbələri dağıntıların olduğunu təsdiq edib, ancaq insan tələfatı barədə açıqlama verməyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar