SON XƏBƏRLƏR

“Qəzza müharibəsinin yayılması İrana ağır başa gələcək.”- Fransa

2023.11.17, 14:55
“Qəzza müharibəsinin yayılması İrana ağır başa gələcək.”- Fransa

Fransanın XİN bəyanatla bildirib ki, nazir Ketrin Kolonna noybarın 16-ı İranın XİN Hüseyn Əmir Abdullahianla görüşündə İrana xəbərdarlıq edib.

Gunaz.tv

Bəyanatda bildirilib ki, Kolonna İranın xarici işlər nazirinin dəvəti ilə görüşdə “Qəzza müharibəsinin böllgəyə yayılması cavabdeh olaraq İrana ağır başa gələcəyi” barədə xəbərdarlıq edib. 

İki nazirin görüşü İsveçrənin Cenevrə şəhərində və Abdullahianın istəyi ilə olunub. Kolonna qeyd edib ki, HƏMAS-ın İsrailə 7 oktyabr həmlələri bütün ölkələr tərəfindən “ən kəskin tərzdə” qınanılmalıdır. 

“Sivllərə qarşı terrorist əməliyyatları əsaslandırıla bilməz və qəbul olunmazdır. Müharibə kəskinləşdirilsə və bölgəyə, xüsilə də Livana keçməsi cavabdeh olaraq İran üçün ağır başa gələcək.”-deyə Fransanın XİN naziri görüşdə vurğulayıb.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar