SON XƏBƏRLƏR

İranda 1.5 milyon uşaq təhsili buraxmaq ərəfəsindədir

2023.11.20, 16:32
İranda 1.5 milyon uşaq təhsili buraxmaq ərəfəsindədir

İranda şagirdlərin təhsili buraxma prosesinin daha da sürətləndiyinə və yaxşı qidalanmadıqlarına görə ekspertlər bunun nəticələri barədə xəbərdarlıq edir.

Gunaz.tv

“Təhsil Nazirliyinin statistikasna əsasən, respublikada 450 min təhsili buraxmış uşaq vardır. Hardasa 1.5 milyon şagird də maliyyə problemləri səbəbindən təhsili buraxmalı vəziyyətdədir.”- bunu İran Məcslinin mütəxəssisi Hadı Musəvi Nik deyib. 

İslami Şura Məclisi Araşdırmalar Mərkəzinin üzvü Musəvi Nik həmçinin bildirib ki, minimum qidalanma imkanına malik kasıb ailələrdən14 milyon uşaq var. Onların çoxunun gələcəkdə təhsili buraxmaları güman olunur. 

Eksperlərin fikrincə, fəhlələrin maaşlarının aşağı olması səbəbindən ailənin vacib ehtiyaclarını, o cümlədən qida, müalicə, geyim və təhsilini təmin edə bilmirlər. 

Bunun nəticəsində kasıb ailələrin uşaqları ailənin məişət təmini məqsədi ilə işləmək üçün təhsili buraxmağa məcbur olurlar. 

Bunlar isə cəmiyyətin gələcəkdə savadsızları hesab olunur. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar