SON XƏBƏRLƏR

İranda zəlzələ olub- Xəsarət alanlar var

2023.11.21, 11:00
İranda zəlzələ olub- Xəsarət alanlar var

Noyabrın 21-i saat 00:37 dəqiqədə İranın cənub şərqində yerləşən Sistan və Bəlucistan əyalətində 4.6 bal gücündə zəlzələ olub.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, əyalət mərkəzi Zahidan şəhərinin 19 kilometrliyində, yerin 10 kilometr dərinliyində qeydə alınan yeraltı təkanlardan sonra vətəndaşlar küçələrə axışıb.

Sistan və Bəlucistan əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Məcid Mühibbi 25 nəfərin xəsarət aldığını deyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar