SON XƏBƏRLƏR

İran rəsmiləri İrəvanda səfərdədir

2023.11.21, 13:13
İran rəsmiləri İrəvanda səfərdədir

Ermənistanda səfərdə olan İranın Turizm və Avtomobil Federasiyasının rəhbəri Məhəmməd Hüseyn Sufinin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyində görüşlər keçirib.

Gunaz.tv

Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Məlumata görə, iki ölkə nümayəndələri Şimal-Cənub magistralının Qarakilsə-Qacaran (Sisian-Kacaran) hissəsinin tikintisi və miqrasiya məsələləri haqda müzakirələr aparıblar.

İran tərəfi bir sıra beynəlxalq sənədləri ratifikasiya etməklə ölkəyə giriş və çıxış prosedurlarının xeyli sadələşdiriləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı İran və Ermənistan arasında turistlərin şəxsi və kommersiya nəqliyyatı ilə səyahətini asanlaşdırmaq məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.

Timur
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar