SON XƏBƏRLƏR

"İran ticarət gəmisinin zəbt olunmasında Husilərlə işbirliyi edib."- Ağ Ev

2023.11.22, 13:00
"İran ticarət gəmisinin zəbt olunmasında Husilərlə işbirliyi edib."- Ağ Ev

“ABŞ “Qalaksi Lider” gəminisin Yəmən Husiləri tərəfindən Qırmızı Dənizdə zəbt olunduğuna görə onları terrorist təşkilat tanımağı araşdırır.”- Ağ Evin Milli Təhlükəszilik Şurasının sözçüsü Con Kirbi.

Gunaz.tv

“Tehran ticarət gəmisinin zəbt olunmasında Husilərlə işbirliyi edib. ABŞ Husiləri terrorist təşkilat tanımaqla yanaşı, öz ortaqları və müttəfiqləri ilə bu qrupun əleyhinə sair tədbir və hərəkətləri də araşdıracaq.”. Con Kirbi, noyabrın 21-i keçirdiyi preskonferansda deyib.

Ağ Evin Təhlükəsizlik Şuranın sözçüsü həmin gəminin Husilər tərəfindən zəbt olunmasını “beynəlxalq qanunların açıqca pozulması” adlandırmaqla gəmnin və işçilərinin dərhal sərbəst buraxılmalarını tələb edib.

Xatırladaq ki, Co Bayden 2021-ci ilin yanvarında prezident vəzifəsinə başlayaraq, Yəməndə humanitar faciənin daha da acınacaqlı olmaması məqsədi ilə Husiləri Terrorist Təşkilatlar Siyahısından çıxarıb. 

0b67e767d12937ca8d94901dd425a085d9d4cb74-822x537.jpg?rect=108,42,607,455&w=800&h=600&fm=webp&q=70

Qeyd edək ki, Qalaksi Lider (GALAXY LEADER) ticarət gəmisi bir neçə gün öncə Türkiyədən Hindistana gedərkən Səudiyyə Ərəbistanının Ciddə şəhərinin cənub–qərbində Husilər tərəfindən ələ keçirilib.

 
Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar