SON XƏBƏRLƏR

İranın xeyrinə pulların azad olunmasının qarşısını almaq üçün plan Nümayəndələr Palatasında tədqiq olunacaq

2023.11.23, 12:55
İranın xeyrinə pulların azad olunmasının qarşısını almaq üçün plan Nümayəndələr Palatasında tədqiq olunacaq

“ABŞ-ın Nümayəndələr Palatası İranın xeyrinə pulların azad olunmasının qarşısını almaq üçün planı tədqiq edəcək.” Palatanın üzvü Stiv Skalis.

Gunaz.tv

Palatada əksəriyyət təşkil edən partiya fraksiyasının rəhbəri Skalis “Co Baydenin İranı yola vermə siyasətlərini” tənqid edib.

O, bu gün noyabrın 23-ü Foks Nyuz xəbər agentliyi ilə müsahibəsində planın Şükran Günü Bayramından (Thanksgiving Day) sonra Palatada irəli sürüləcəyini deyib.

“Bayden iqtidarı İranın xeyrinə milyarlar dollar azad edir və bu ölkənin neft ixracatına sanksiyaları azaldır. Belə bir siyasət təhlükəli və ABŞ maraqlarına ziddir. 

HƏMAS-a kim yardım edir? İran. Lakin hazırkı iqtidar İranın zəbt olunmuş 6 milyar dollarını azad etmək istəyir, həmçinin İranın hərəkətlərinə göz yumur.”- Skalis agentliklə müsahibəsində deyib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar