SON XƏBƏRLƏR

Avropa Parlamenti İrana qarşı qətnamə çıxarıb

2023.11.24, 12:24
Avropa Parlamenti İrana qarşı qətnamə çıxarıb

Avropa Parlamenti İranda insan haqları məsələlərinin qorunması və SEPAH-ın terror təşkilatı kimi tanınması məqsədi ilə Tehran hakimiyyətinə qarşı qətnamə çıxarıb.

Gunaz.tv

4 müxalif, 27 tərəfsiz və 516 səs çoxluğu ilə təsdiqlənmiş qətnamədə “İran tərəfindən girovgötürmə siyasəti aparıldığı” qeyd olunub. 

Parlament  İran hakimiyyəti tərəfindən həmin siyasətin həyata keçirilməsinə qarşı Avropa İttifaqı tərəfindən ortaq bir strategiyanın hazırlanmasını istəyib.

Qətnamədə bildirilib ki, İran girovgötürmə siyasətini çevik zərbə qrupunun təşkil olunması yolu ilə həyata keçirir.

Avropa qanunvericiləri, həmçinin İranda siyasi məhkumların azadlığa buraxılmasını və İranın İnqilab Qoruyucuları Qvardiyası Korpusu (SEPAH) adının İttifaqın “Terrorist Təşkilatlar Siyahısına” salınmasını  tələb ediblər.  

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar