SON XƏBƏRLƏR

Siyarto: Macarıstan Azərbaycanı və xalqını həqiqi müttəfiqi hesab edir

2023.11.24, 14:25
Siyarto: Macarıstan Azərbaycanı və xalqını həqiqi müttəfiqi hesab edir

"Macarıstan Azərbaycanı və Azərbaycan xalqını həqiqi müttəfiqi hesab edir".

Gunaz.tv

Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto Cəbrayılın Soltanlı kəndinin təməlqoyma mərasimində çıxışında belə deyib.

Nazir Macarıstanın Qarabağdakı yenidənqurma səylərinə töhfə verməyə hazır olduğunu deyib.

“Soltanlı kəndinin sakinlərinin qayıtdığını görmək əladır. Biz Macarıstanla Azərbaycan arasında bugünkü həqiqi strateji tərəfdaşlığı qurmaq üçün 13 ildən çoxdur ki, birlikdə çalışırıq.

Biz Azərbaycanı həqiqi müttəfiq, Azərbaycan xalqını dostlarımız hesab edirik.

Macarıstanla Azərbaycan arasındakı dostluq həqiqi dostluqdur və biz hər zaman ərazi bütövlüyü, ölkənin suverenliyi məsələlərində Azərbaycanın yanında yer almışıq.

Lap əvvəldən çox aydın şəkildə bildirmişik ki, Qarabağdakı yenidənqurma səylərinə töhfə verməyə və bu sahədə iştirak etməyə hazırıq"- deyə, o bildirib. 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar