SON XƏBƏRLƏR

Avropa Üçlüyü İranla bağlı bəyanat yaydı

2023.11.25, 11:59
Avropa Üçlüyü İranla bağlı bəyanat yaydı

Almaniya, Britaniya və Fransa Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafel Qrossidən İranın nüvə proqramı ilə bağlı hesabatı açıq şəkildə dərc etməyi tələb ediblər.

Gunaz.tv

Onlar qəbul etdikləri birgə bəyanatda vurğulayıblar ki, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin fəaliyyətinə mane olmaq kimi addımları dayandırmalıdır!

Bəyanatda deyilir: "Təəssüf ki, baş direktorun hesabatı bir daha təsdiq edir ki, İran Nüvə Sazişi öhdəliklərini pozaraq öz nüvə fəaliyyətlərini inkişaf etdirir. Tehranın son hərəkətləri, o cümlədən sentyabrda Agentliyin müfəttişlərinin fəaliyyətinə imkan verməməsi İslam Respublikasının Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıqdan davamlı imtina etdiyini göstərir".

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar