SON XƏBƏRLƏR

Bəhai vətəndaşın bəhailərə məxsus qəbristanlıqda basdırılmasına icazə verilməyib

2023.11.27, 16:31
Bəhai vətəndaşın bəhailərə məxsus qəbristanlıqda basdırılmasına icazə verilməyib

Afaq Xosrəvi Zənd (Rəhimian) dünyasını dəyişəndən sonra onun bəhailərə məxsus Tehran Bəhailərinin Qəbristanlğında basdırılmasına icazə verilməyib.

Gunaz.tv

Hakimiyyətin müvafiq qurumu Rəhimianın ailəsinə cəsədinin Xavəran Qəbristanlığında basdırılmasına göstəriş verilib. Lakin, ailəsi bununla razılaşmayaraq cəsədini tələbələrə təhsil məqsədi üçün Tehranın Tibb Elmləri Universitetinə bağışlayıb.

Bəhai icmasının aktivistləri və insan haqları üzrə təşkilatların bildirmələrinə istinadən İran hakimiyyəti Tehranda dünyasını dəyişmiş bəhailərin ancaq Xavəran Qəbristanlığında basdırılmasına icazə verir.

Xatırladaq ki, Xavəran Qəbristanlığında 80-cı illərdə xüsusilə də 88-ci ildə kütləvi edam olunmuş yüzlərlə siyasi müxalif dəfn edilib. 

Hökumət isə bəhayilərin Xavəranda basıdırlması ilə bu icmaya təzyiqlə yanaşı orada dəfn edilmiş siyasilərin qəbirlərinin əhəmmiyyətdən düşməsi niyyətindədir.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar