SON XƏBƏRLƏR

İran artıq nüvə silahı istehsalı üçün potensial imkana malikdir

2023.11.29, 11:32
İran artıq nüvə silahı istehsalı üçün potensial imkana malikdir

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrosi “Frans 24” telekanalı ilə müsahibsində İranın daha çox səviyyədə uran zənginləşdirməyə başladığını bildirib.

Gunaz.tv

Qrosi müsahibədə həmçinin Tehranın nüvə silahı istehsal etməyə lazımı qədər maddələr və potensiala malik olduğunu deyib.

“İranın nüvə proqramı barədə hələ cavab verilməyən çoxlu sulları qalır. Agentliyin müfəttişləri İranın bir sıra mərkəzlərində yüksək faizlə zənginləşdirilmiş uran izləri aşkarlayıblar. 

Lakin bu mərkəzlərdə heç bir səviyyədə zənginləşdirilmiş uran olmamalı idi.”

Baş direktor müsahibəsinin sonunda bu problemdən çıxış üçün “diplomatik yolların” axtarılması vacibliyini bildirməklə yanaşı, İranın Agentliklə “tam əməkdaşlıq” etməsini tələb edib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar