Bunu iranlı iqtisadi tədqiqatçı Zəhra Kaviani deyib.
İranda hər 3 nəfərdən birinin mütləq yoxsulluqdan əziyyət çəkdiyini deyən iqtisadçı, milyonlarla insanın həyat üçün lazım olan ilkin ehtiyacları təmin edə bilmədiklərini, bu təbəqənin illik ət istehlakının 2 kq civarında olduğunu bildirib.
Bir müddət əvvəl İranın rəhbəri Əli Xameneyinin iqtisadi məsələlər üzrə müşaviri Əli Ağaməhəmmədi ölkədə 20 milyon aztəminatlı insanın olduğunu deyib.
İranın Peşə və Sosial İşlər Nazirliyi 2023-cü ilin yanvar ayının əvvəlində İran cəmiyyətinin yoxsulluq səviyyəsi barədə yaydığı hesabatda vətəndaşların üçdə birinin, təxminən 27 milyon nəfərin yoxsul olduğunu bildirmişdi.
Timur