SON XƏBƏRLƏR

Gənc ərəb edam olunub

2023.11.29, 12:41
Gənc ərəb edam olunub

Əl-Əhvaz (hazırkı Əhvaz) şəhərinin həbsxanasında ərəb aktivist edam olunub.

Gunaz.tv

Bu barədə, Xozistan Əyalətində yaşayan İran ərəblərinin “Karun” İnsan Haqları Təşkilatı bildirib.

Təşkilatın məlumatına əsasən, bir polisin və “Bəsic” üzvünün öldürülməsində ittiham olunmuş Hani Şahbazi  noyabrın 28-i Əl-Əhvazın Sepidar Həbsxanasında edam olunub.

O, hakimiyyətə qarşı silahlı mübarizə anlamında olan “müharibə” ittihamı ilə 2020-ci ildə həbs olunub. 

32 yaşlı Şahbazi Fəllahiyyə (hazırkı Şadqan) şəhəri sakini olub.

Qeyd edək ki, “Bəsic” İran hakimiyyətinə bağlı yarımhərb qurumdur və aksiyalarda müxaliflərə basqılar məqsədi ilə istifadə olunan qüvvə hesab olunur. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar