SON XƏBƏRLƏR

Əli Xaməneyi Fələstin dövlətinin qurulmasına qarşı çıxdı

2023.11.30, 10:43
Əli Xaməneyi Fələstin dövlətinin qurulmasına qarşı çıxdı

İran rəhbəri Əli Xaməneyi Fələstin dövlətinin yaradılması barədə təklifləri sərt tənqid edib və buna qarşı çıxıb.

Gunaz.tv

O, bu barədə noyabrın 29-da "Bəsic" qüvvələri ilə görüşündə deyib.

Xaməneyi İsraillə yanaşı, Fələstin dövləti yaratmaq planını tənqid edərək, bunu xəyanət adlandırıb və bunun Yeni Yaxın Şərq planının tərkib hissəsi olduğunu deyib.

“İki dövlətlin qurulması barədə xain planla Fələstin məsələsini işğalçı rejimin xeyrinə bitimək istəyirdilər, bu, yeni Yaxın Şərq planının bir hissəsi idi və onlar buna nail ola bilmədilər”,- Xaməneyi deyib.

Qeyd edək ki, BMT, Qərb, ərəb ölkələri və İrandan başqa müsəlman ölkələrinin hamısı problemin həllinin yeganə çıxış yolu kimi İsraillə yanaşı, Fələstin dövlətinin qurulmasını təklif edirlər.

Hazırkı Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas da bununun tərəfdarıdır.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar