SON XƏBƏRLƏR

ABŞ-dən 20 şəxs və quruma sanksiya

2023.11.30, 12:37
ABŞ-dən 20 şəxs və quruma sanksiya

ABŞ İranın hərbi qurumları üçün maliyyə imkanları təmin etməkdə iştirak edən 20 şəxs və quruma sanksiya tətbiq edib.

Gunaz.tv

Amerikanın Maliyyə Nazirliyi noybarın 29-u İranın Müdafiə Nazirliyi və SEPAH-ın Qüds  qüvvələrini dəstəkləyən 20 şəxs və quruma qarşı sanksiya tətbiq edib.

Yeni sanksiyalar İranda, Honq-Konq, BƏƏ və Sinqapurda yerləşən  şəxslər və cəmiyyətlərə tətbiq olunub.

O cümlədən “Sepehr Enerji” Cəmiyyəti, icraçı direktoru Məcid Əzəmi və işçisi İlyas Nirumənd Tumac, həmçinin “Pişro Ticarət Sana” Cəmiyyəti və idarə heyətinin sədri Əbdül Cavad Ələvi yeni sanksiyalar siyahısına daxil edilib.

Nazirliyin bəyanatında deyilir: “İran qanunsuz ticarət fəaliyyətlərini həyata keçirmək və beynəlxalq maliyyə sistemindən yararlanmaq məqsədi ilə ölkədən kənar cəmiyyətlər və vasitəçilərdən ibarət şəbəkələrdən istifadə edir.” 

Amerikanın maliyyə nazirinin terorizm və maliyyə informasiyası işləri üzrə müavini Bryan Nelson bu barədə deyib: “SEPAH-ın Qüds qolu və İranın Müdafiə Nazirliyi bölgədə qarşıdurmaları və terrorizmi artırmaq yöndə lazım olan büdcənin təmi məqsədi ilə qanunsuz maliyyə planlarını həyata keçirir.

ABŞ belə bir həyati büdcənin qaynaqlarını kəsmək üçün İranın ölkədən kənar ünüsürlərini və  ortaqlarını ifşa etməyə davam edəcək.”

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar