SON XƏBƏRLƏR

Rusiya HAMAS-a təşəkkür edib

2023.11.30, 13:23
Rusiya HAMAS-a təşəkkür edib

Rusiya iki vətəndaşının girovluqdan azad edilməsinə görə HAMAS rəhbərliyinə minnətdardır və həbsdə olan digər rusiyalıların tezliklə azad edilməsinə çalışacaq.

Gunaz.tv

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“HAMAS hərəkatının rəhbərliyi ilə əldə olunan razılığa əsasən, noyabrın 29-da Qəzza zolağında girovluqda olan həmyerlilərimiz Yelena Trufanova və İrina Tatti azad edilib”, deyə Rusiya XİN sözçüsü qeyd edib.

Zaxarova vurğulayıb ki, Rusiya vətəndaşlarına evlərinə geri qayıtmaq imkanı anklavdakı girov qadınların və uşaqların bəzilərinin İsrail həbsxanalarında saxlanılan fələstinli məhbuslarla dəyişdirilməsi üçün İsrail və HAMAS arasında əldə olunan razılaşma ilə əlaqəsi olmadan verilib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar