SON XƏBƏRLƏR

Bir siyasi məhbus və aksiyalarda iştirak etmiş digər bir gənc edam olunub

2023.12.01, 15:35
Bir siyasi məhbus və aksiyalarda iştirak etmiş digər bir gənc edam olunub

Siyasi fəaliyyətlərə görə 80-cı illərdə saxlanılmış məhbus və 2019-cu il etirazlarında iştirak etmiş digər bir gənc edam olunub.

Gunaz.tv

Noveçdə yerləşən İranın İnsan Haqları Təşkilatının bildirməsinə istinadən 2019-cu ildə hakimiyyətə qarşı etirazlarda iştirak etmiş gənc Kamran Rzai edam olunub.

Həmçinin siyasi fəaliyyətlərə görə 80-cı illərdə saxlanılmış Gədaəli (Hormuz) Sabir Mütləq edam olunan vaxt 62 yaşında olub.

Məlumata əsasən o, İranın Xalq Mücahidləri Təşkilatına üzvlük və bir İran rəsminin öldürülməsində ittiham olunaraq 1980-cı illərdə saxlanılıb.

Lakin bu ittihamlar üzrə yetərincə sübut sənədi olmadığına görə bir müddət sonra buraxılıb. 

Sabir Mütləq həbsdən buraxılandan bir müddət sonra İrandan çıxıb və 2020-ci ildə yenə İrana qayıdıb.  Lakin həmin ittihamlarla yenidən saxlanılaraq bu dəfə edam olunub.

İranın İnsan Haqları Təşkilatı 2023-cü ilin əvvələrindən hazıradək, başqa sözlə 11 ay ərzində İranda 707 nəfərin edam olunduğunu bildirib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar