SON XƏBƏRLƏR

"Husilərin bölgədə həmlələrinin fitilini İran alışdırır." ABŞ Mərkəzi Komandanlığı

2023.12.04, 11:33
"Husilərin bölgədə həmlələrinin fitilini İran alışdırır." ABŞ Mərkəzi Komandanlığı

ABŞ Mərkəzi Komandanlığı dekabrın 3-ü bildiriş nəşr edərək beynəlxalq sularda 3 ticarət gəmisinə həmlə olunduğunu təsdiqləyib.

Gunaz.tv

Bildirişdə gəmilərin çağırışına cavab olraq USS Karni döyüş gəmisinin onların yardımına getdiyi bildirilib.

Mərkəzi Komandanlığın “X” hesabında yazılıb: “Biz çoxlu sübutlara əsasən, inanırıq ki, həmlələr Yəmən husiləri tərəfindən olunsa da, əminliklə deyə bilərik ki, fitilini İran alışdırır.”

Həmçinin bu həmlələrin beynəlxalq ticarətə və dəniz təhliükəsizliyinə birbaşa hədə olduğu və   ABŞ-nin “bütün münasib cavabları verəcəyi” qeyd olunub.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar