SON XƏBƏRLƏR

Bu gün Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının Şurasının iclası keçiriləcək

2023.12.05, 10:29
Bu gün Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının Şurasının iclası keçiriləcək

Dekabrın 5-də Rusiyanın paytaxtı Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Gunaz.tv

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə baş tutacaq tədbirə Azərbaycanla yanaşı, İran, Qazaxıstan və Türkmənistan nümayəndələri qatılacaq.

Tərəflər Xəzər əməkdaşlığının inkişafı üçün prioritetləri vurğulayaraq, qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etməyi planlaşdırırlar.

Xatırladaq ki, dekabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfər edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar