SON XƏBƏRLƏR

Rəisi Rusiyaya səfər edib

2023.12.07, 12:56
Rəisi Rusiyaya səfər edib

İran prezidenti İbrahim Rəisi dekabrın 7-də Rusiyaya səfər edib

Gunaz.tv

O, Moskva hava limanında jurnalistlərin suallarını cavablandırıb və səfərinin məqsədləri barədə danışıb.

"Bu səfər Putinin dəvəti ilə və regiondakı həssas məsələlərdə məsləhətləşmələr aparmaq və iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi məqsədi ilə həyata keçirilir",- İbrahim Rəisi bildirib.

İran prezidenti enerji, sənaye və kənd təsərrüfatı xətlərinin və bu kimi sahələrin gücləndirilməsi sahəsində əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyini söyləyib.

O, danışıqlarda Qəzza məsələsinin əsas mövzular arasında olduğunu qeyd edib.

"İran-Rusiya danışıqlarının əsas mövzuları Fələstin məsələsi və Qəzzanın bombalanmasının dayandırılması, qəzzalıların blokadasının götürülməsi, Fələstin və Qəzzaya yardımların göstərilməsidir",- Rəisi bildirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar