SON XƏBƏRLƏR

6 bəhai vətəndaş Tehranın həbsxansına köçürülüb

2023.12.08, 15:07
6 bəhai vətəndaş Tehranın həbsxansına köçürülüb

Altı bəhai vətəndaş Kərəc şəhərinin həbsxanasından Tehranın Evin Həbsxanasına köçürülüb.

Gunaz.tv

İnsan Haqları Fəalları Təşkilatına üzvü HRANA (Human Rights Activists News Agency) xəbər agentliyi onların Babək Zeynali, Səhba Taif, Şervin Şəbrux, İren Rahmani, Fuad Taifi və Rza Yəzdi olduqlarını bildirib. 

6-shahrvand-baheiii-enteghal-b-evin-300x191.jpg

Onlar  1 ay öncə saxlanılıblar. Şəhriyar rayonu Prokurorluğu və Məhkəməsi tərəfindən “sistemə qarşı təbliğat, milli təhlükəsizliyə qarşı hərəkət və sistemə müxalif qruplarda üzvlük” ittiham olunublar.

Agentliyin bildirməsinə istinadən məhbusların biri zob xəstəliyindən əziyyət çəkir, lakin məmurlar dərman çatdırılmasına icazə vermirlər.

İranda bəhai vətəndaşlar hakimiyyət tərəfindən dünyada misli görünməmiş sistematik tərzdə müxtəlif təzyiqlərə məruz qalırlar. Hakimiyyət onlarin dini düşüncə azadlığına icazə vermir.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar