SON XƏBƏRLƏR

"Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu regionda sülhün bərqərar olmasına zəmin yaradıb"

2023.12.09, 13:26
"Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu regionda sülhün bərqərar olmasına zəmin yaradıb"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarında Ordumuzun fəaliyyətini yüksək qiymətləndirməsi gələcək xidmətimiz üçün böyük stimuldur".

Gunaz.tv

 Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov 2023-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu regionda sülhün bərqərar olmasına zəmin yaradıb və ordumuzun bundan sonra da qarşıya qoyulan istənilən tapşırıqların dəqiq icrasına hazırdır.

Nazir şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi, qoşunların döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərin intensivliyinin artırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Döyüş növbətçiliyinin aparılması, eləcə də gündəlik xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunması barədə müvafiq göstərişlər verilib.

General-polkovnik Zakir Həsənov qış mövsümündə əsas diqqətin dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin təminatına yönəldilməsi, yaradılan bütün növ ehtiyatın ciddi nəzarətdə saxlanılması ilə əlaqədar aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Sonda müdafiə naziri bölmələrin döyüş hazırlığı və şəxsi heyətin fərdi peşəkarlığına xüsusi diqqətin yetirilməsi, eləcə də 2024-cü ildə qarşıda duran vəzifələrin icrası ilə bağlı tələblərini iştirakçılara çatdırıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar