SON XƏBƏRLƏR

London 5 İran rəsmisinə sanksiya tətbiq etdi

2023.12.09, 13:53
London 5 İran rəsmisinə sanksiya tətbiq etdi

Britaniya höuməti insan haqlarını pozduqlarına və məcburi hicab qaydalarının tətbiqində rollarına görə daha 5 İran rəsmisinə qarşı sanksiya tətbiq edib.

Gunaz.tv

Britanita Xarici İşlər Nazirliyinin yaydığı məlumatda sanksiya tətbiq edilən şəxslər arasında Tehran metrosunun baş direktoru Məsud Dürüstinin də adının olduğu bildirilib.

Eyni halda Tehran prokuroru Əli Salehi, Hörmüzqan əyalətinin polis komandiri Əli Əkbər Cavidan, Mazandaranın polis komandiri Həsən Mofəhəmi Şəhreştani və ölkə polis komandirinin İdeoloji-siyasi təşkilatının rəhbəri Əlirza Ədyaninin də adı qara siyahıya salınıb.

Adı çəkilən şəxslər qız və qadınlara məcburi hicabın tətbiqində iştirak etdiklərinə görə sanksiyalara məruz qalıbıar.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar