SON XƏBƏRLƏR

İranda təhsili dayandırılan tələbələrin sayı açıqlandı

2023.12.13, 19:30
İranda təhsili dayandırılan tələbələrin sayı açıqlandı

Cari təhsil ilində İran Universitetlərində 400 tələbənin təhsili məcburi şəkildə dayandırılıb.

Gunaz.tv

Bununla yanaşı çox sayda tələbə sosial mediadakı fəallıqlarına görə, təhlükəsizlik idarələrinə, Universitetlərin İnqizam Komitələrinə çağırılıb, təzyiq ə təhdidlərlə üzləşiblər.

Eyni halda onlarla qız tələbə məcburi hicab qaydalarına riayət etmədikləri üçün yataqxanalardan çıxarılıb.

İnsan haqları təşkilatlarının yaydığı məlumatda tələbələrlə yanaşı müəllimlərin də təzyiqlərlə üzləşdikləri qeyd edilib.

Bildirilib ki, yeni təhsil ilindən tələbələrə məcburi geyim tərzlərinin tətbiqi nəzərdə tutulub.

"Birləşmiş tələbələr" telegram kanalı Universitetlərin mühafizə bölmələrinin üzvlərinin kitabxanalara və dərs otaqlarına hücumları və tələbələrə qarşı təzyiqləri barədə məlumatları dərc edib.

Onların xüsusilə qız tələbələrə qarşı kobud davrandıqları, məcburi hicab qaydalarının pozulması bəhanəsilə tələbələrin kimlik sənədlərini aldıqları, onların fotolarını çəkdikləri qeyd edilib.

Xatırladaq ki, 2022-ci ilin sentyabr ayında İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən yüzlərlə tələbə universitetlərdən qovulub.

Onların bir çoxuna "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar